16:38 11-01-2014
news_image
3158
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov: Bizə və dünya şahmatına ağır itki üz verdi

Şahmat üzrə Azərbaycan millisinin üzvü Vüqar Həşimovun vəfatı komanda yoldaşı Teymur Rəcəbovu da sarsıdıb. Apasport.az saytının məlumatına görə, tanınmış qrossmeyster uşaqlıq illərindən bəri bir yerdə çıxış etdiyi dostunun ölümü ilə bağlı özünün “twitter” hesabında yazıb.

“Vüqar Həşimovun ölümü bizi üzdü. Xəstə olduğunu bilirdik. Ancaq ümid edirdik ki, mübarizədən qalib ayrılacaq. Fikirlərimi izah etməyə söz tapa bilmirəm. Bizə və dünya şahmatına ağır itki üz verdi. Allah rəhmət eləsin! Dəstəyə görə hamıya minnətdaram”.

Qeyd edək ki, Vüqar Həşimov bu gecə müalicə aldığı Almaniyanın Heydelberq klinikasında vəfat edib.