10:00 13-01-2014
news_image
1428
STOLÜSTÜ OYUNLAR

Levon Aronyan: Vüqar Həşimovun ölümü mənim üçün çox kədərlidir

“Çox üzücü xəbərdir”. Apasport.az saytının məlumatına görə, bunu ermənistanlı qrossmeyster Levon Aronyan deyib.

Dünya reytinqində ikinci yerdə qərarlaşan şahmatçı azərbaycanlı zəka sahibi Vüqar Həşimovun vaxtsız vəfatından kədərləndiyini bildirib. Onun sözlərinə görə, Almaniyanın Heydelberq klinikasında 28 yaşında dünyasını dəyişən istedadlı qrossmeysterin dünyasını dəyişməsi bütün şahmat ailəsinə pis təsir edib: “Azərbaycanlı idmançılardan eşitmişdim ki, Vüqarın sağlamlığı ilə bağlı ciddi problemi var. Lakin istənilən halda, insan bu yaşda, özü də istedadlı şahmatçı rəhmətə gedirsə, bu, çox acıdır. Onun ölümü mənim üçün çox kədərlidir”.

Qeyd edək ki, Aronyanın qatıldığı ənənəvi Veyk-an-Zee turnirində Həşimovun xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.