Harri Kasparov: Çox təəssüflənirəm
Sabiq dünya çempionu Harri Kasparov azərbaycanlı qrossmeyster Vüqar Həşimovun ölümünə çox təəssüflənib. Apasport.az saytının məlumatına görə, Azərbaycan şahmatının yetirməsi olan zəka sahibi Avropa çempionumuzun dünyasını dəyişməsini ağır itki adlandırıb.
Kasparov Həşimovun yaxınlarına başsağlığı da verib: “27 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən mənim bakılı həmkarım, qrossmeyster Vüqar Həşimovun dostlarına və ailəsinə başsağlığımı çatdırıram. Onunla heç vaxt görüşməmişəm. Həşimov dünyanın ən güclü “onluğ”una daxil olmuşdu və bu, onun sağlamlıq problemlərini nəzərə almaqla xüsusilə qeyd edilməlidir. Çox təəssüflənirəm”.
Qeyd edək ki, Həşimov uzun sürən xəstəlikdən sonra Almaniyanın Heydelberq klinikasında vəfat edib.