10:34 13-01-2014
news_image
2325
STOLÜSTÜ OYUNLAR

Maqnus Karlsen: O, qarşılaşdığım ən istedadlı şahmatçılardan biri idi

“Vüqar Həşimovun ölüm xəbərini eşidəndə çox kədərləndim. O, mən qarşılaşdığım ən istedadlı şahmatçılardan biri idi”. Apasport.az saytının məlumatına görə, bunu norveçli qrossmeyster Maqnus Karlsen deyib.

Dünya reytinqində birinci olan zəka sahibi Almaniyanın Heydelberq klinikasında 28 yaşında dünyasını dəyişən şahmatçımız Vüqar Həşimovla bağlı xatirələrini bölüşüb: “Həmişə hamıya qarşı mehriban, üzügülər olub. Birgə iştirak etdiyimiz yarışlardan xüsusilə “Amber” turniri haqda çoxlu xatirələrim qalıb. Onun ailəsinə və Azərbaycanın bütün şahmat ictimaiyyətinə başsağlığı verirəm”.

Qeyd edək ki, Həşimovun ölümü ilə bağlı FİDE-nin rəsmi saytı da başsağlığı yayıb. Həmçinin, Vüqarın komanda yoldaşları, tanınmış şahmatçılardan Hikaru Nakamura, Pavel Elyanov, Naycel Şort, Yan Nepomnyaşiy, Nataliya Poqonina, Yenena Danielyan, Maksim Vaşyer-Laqrav, Aleksandra Kosrenyuk və digərləri qrossmeysterin ölümünə kədərləndiklərini bildiriblər.