13:17 13-01-2014
news_image
974
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov 3-cü Fəxri Xiyabanda dəfn olunacaq

Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeysterlə vida mərasimi sabah olacaq. Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumata görə, Respublika Şahmat Mərkəzində baş tutacaq tədbir saat 11:00-dan başlanılacaq.

3 saat davam edəcək vida mərasimindən sonra cənazə götürülərək, torpağa tapşırılmaq üçün 3-cü Fəxri Xiyabana aparılacaq. Bunun ardından “Təzəpir” məscidində ehsan veriləcək.

Qeyd edək ki, Həşimovun nəşi gecə saatlarında xüsusi reyslə Bakıya gətiriləcək.