06:55 14-01-2014
news_image
3257
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimovun cənazəsi Bakıya gətirildi - FOTOSESSİYA - VİDEO

Yanvarın 11-də Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişən Azərbaycan millisinin şahmatçısı Vüqar Həşimovun cənazəsi xüsusi reyslə Bakıya gətirilib. Apasport.az saytının məlumatına görə, mərhumun nəşini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin və Şahmat Federasiyasının rəhbərliyi, şahmat ictimaiyyəti, eləcə də yaxınları qarşılayıb.

Həşimovla vida mərasimi bu gün Respublika Şahmat Mərkəzində baş tutacaq. Vida mərasimindən sonra cənazə torpağa tapşırılmaq üçün 3-cü Fəxri Xiyabana aparılacaq.

Qeyd edək ki, 1986-cı il iyulun 24-də Bakıda anadan olan Vüqar Həşimov üçqat Azərbaycan çempionu tituluna sahib idi. Qrossmeyster 2009-cu ildə yığmamızın heyətində Avropa çempionu olub. O, 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.