13:32 14-01-2014
news_image
731
FUTBOL

Rəşad Sadıqov kimlərə səs verib?

Azərbaycan milli komandasının kapitan Rəşad Sadıqovun 2013-cü ilin ən yaxşı futbolçusunu müəyyən etmək üçün keçirilmiş səsvermədə kimlərə üstünlük verdiyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Qızı top” “Qarabağ”ın müdafiəçisinin ən yaxşı saydığı futbolçuya nəsib olmayıb.

Belə ki, Sadıqov ardıcıllıqla, Frank Riberi (Fransa, “Bavariya”), Kriştianu Ronaldo (Portuqaliya, “Real”) və Zlatan İbrahimoviçə (İsveç, PSJ) səs verib.

Yığmamızın baş məşqçisi Berti Foqtsun kimlərə səs verdiyi öncədən bilinirdi. Kapitandan fərqli olaraq, almaniyalı mütəxəssis qalibin adını düz tapıb. Kriştianu Ronaldo ən yaxşı sayan Foqts, Filipp Lam (Almaniya, “Bavariya”) və Robert Levandovskiyə (Polşa, “Borussiya” Dortmund) səs verib.

Qeyd edək ki, 2013-cü ilin yekunlarına əsasən, “Qızıl top”a Kriştianu Ronaldo layiq görülüb. Portuqaliyalı 27.99, Lionel Messi 24.72, Frank Riberi isə 23.36 faiz səs toplayıb.