06:21 15-01-2014
news_image
787
FUTBOL

“Qalatasaray”ın yarımmüdafiəçisi “Trabzonspor”da

“Qalatasaray” futbolçusu Yekta Kurtuluşu mövsüm sonuna qədər “Trabzonspor”a icarəyə verib. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qara dəniz təmsilçisi 28 yaşlı yarımmüdafiəçi və klubu ilə bütün məsələləri razılaşdırıb.

Bu keçidin ən qısa vaxtda rəsmiləşdiriləcəyi və Yektanın yeni komandasının Antalyadakı təlim-məşq toplanışına qatılacağı deyilir.

Qeyd edək ki, 20 yanvar 2011-ci ildə digər Türkiyə Superliqası təmsilçisi “Kasımpaşa”dan “Qalatasaray”a keçən təcrübəli futbolçu komandası ilə ümumilikdə 39 matça çıxıb və 1 qol vurub.