21:00 15-01-2014
news_image
3187
FUTBOL

“Neftçi” “Partizani”ni məğlub etdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” ilk sınaq matçına çıxıb. Apasport.az məlumatına görə, “ağ-qaralar” Albaniya təmsilçisi ilə “siftə” ediblər.

Rəqib sözügedən ölkənin “Partizani” klub idi. Matç “Bakı” vaxtı ilə saat 19:00-da başlayan oyunda Paytaxt təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib.

“Neftçi” növbəti yoxlama oyununu yanvarın 18-də keçirəcək. Rəqib isə İstanbul nəhəngi “Fənərbaxça” klubudur.

NEFTÇİ - Partizani (Albaniya) - 2:0
Qollar: Araz Abdullayev; Samir Məsimov