17:45 16-01-2014
news_image
1186
DİGƏR NÖVLƏR

Şumaxerlə bağlı üzücü xəbər

“Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer ömrünün sonunadək komada qala bilər. Apasport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə adının açıqlanmasını istəməyən tibb işçisi ötürüb.

Qeyd edək ki, Şumaxer dekabrın 29-da Fransanın Alp dağlarının ətəyində yerləşən Meribel qış-turizm şəhərciyində xizəklə sürüşən zaman yıxılaraq ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan vaxt huşsuz vəziyyətdə olan 44 yaşlı almaniyalının beyninə qan sızdığı bildirilirdi. Kəllə-beyin travması diaqnozu qoyulan pilot komaya düşdüyündən həyatını itirmək ehtimalı var.