12:53 17-01-2014
news_image
1211
DİGƏR NÖVLƏR

ABŞ Rusiyaya lesbiyan idmançılar göndərir

2014-cü il Soçi Qış Olimpiya Oyunlarına ABŞ nümayəndə heyətinin tərkibində qeyri-ənənəvi orientasiyaya mənsub olduqlarını gizlətməyən 3 sabiq idmançı qadın daxil edib. Lent.az-ın məlumatına görə, bunlar tennisçi Billi Cin Kinq, hokkeyçi Keytlin Kehou və fiqurlu konkisürən Brayan Boytanodur.

 

Hər 3 lesbiyan olimpiadanın açılış və bağlanış mərasimlərinə qatılacaq. Əvəzində 2000-ci ildən sonra ilk dəfə ABŞ prezident, vitse-prezident və ya birinci xanımı ilə təmsil olunmayacaq. Lesbiyanları olimpiadaya məhz ölkə prezidenti Barak Obama göndərib. Bu isə birmənalı qarşılanmayıb.

 

Beynəlxalq Olimpiya Komitəsinin üzvü, italiyalı Mario Peskante bildirib ki, ABŞ-da geylərin hüquqları ilə bağlı məsələnin qaydasında olduğunu göstərmək üçün Rusiyaya lesbiyanları göndərməsi sadəcə, absurddur. Onun fikrincə, olimpiada kimlərinsə hüquqlarının müdafiəsi üçün bəhanə və meydan ola bilməz. Çünki onları idman hər gün dəstəkləyir: “Mən istəməzdim ki, siyasət idmana müdaxilə etsin”.  

 

Qeyd edək ki, Soçi Qış Olimpiya Oyunları fevralın 7-də start götürəcək. Rusiya prezidenti Vladimir Putin olimpiada zamanı cinsi azlıqlara qarşı heç bir ayrı-seçkiliyin olmayacağını bildirib.