10:46 23-01-2014
news_image

Honduras güləşçisi Azərbaycan yığmasına gəlmədi

“İran, ABŞ, İtaliya və Azərbaycandan təklif almışam. Bu ölkələr mənim xidmətimdə maraqlı idilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Honduras yığmasının güləşçisi Kevin Mexiya deyib.

 

Yunan-Roma güləşi üzrə 96 kq çəki dərəcəsində Mərkəzi Amerikada rəqib tanımayan pəhləvan ölkəsindən kənara çıxmaq niyyətində deyil. O bildirib ki, Azərbaycan Güləş Federasiyasından aldığı təklifə “yox” cavabı verib.

 

“Bu ölkələrdə güləş daha populyardır və ənənəvi idman növü sayılır. Lakin mən Hondurası çox sevirəm. Karyeramı Hondurasın şərəfini qorumaqla başlamışam və bu ölkənin idmançısı kimi də bitirmək istəyirəm” – deyə, Mexiya əlavə edib.

 

18 yaşından beynəlxalq arenaya çıxan və arxada qalan 4 ildə 20-dən artıq qızıl medal qazanan Mexiya vətənində verdiyi müsahibəsində onu milliləşdirmək arzusunda olanlara belə cavab verib: “Pul həyatda hər şey deyil. Özümü vətəndə yaxşı hiss edirəm. Bunun üçün heç vaxt milliləşmə təklifini qəbul etməyəcəm. Yad ölkənin bayrağı altında çıxış etməyi pis hal kimi qiymətləndirirəm”.