15:37 24-01-2014
news_image
594
DİGƏR NÖVLƏR

“Synergy Baku”ya daha bir dəvət

 

 

Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) birgünlük Almatı Turuna (Tour of Almaty) 1.1 kateqoriyasının verilməsi ilə bağlı qərar qəbul edib. Apasport.az saytının xəbərinə görə, cari ilin avqustun 3-də keçiriləcək nüfuzlu yarışda Pro Tur komandaları da iştirak edəcək.

 

Artıq təşkilatçılar “Tour of Almaty”da iştirak etmək üçün 20 komandaya dəvət göndəriblər ki, bunların içərisində “Astana Pro Team”, “Katusha Team”, “Giant-Shimano”, “Movistar”, “Omega Pharma - Quick-Step” kimi dünya liderləri də var.

 

Diqqətçəkən məqam Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku Cycling Project” Kontinental komandasının planetin ən güclü kollektivləri ilə mübarizə aparmaq üçün növbəti dəfə Astana Turuna dəvət almasıdır. İştirakçılar birgünlük yarışda 186 km məsafə qət etməlidirlər.