16:44 28-01-2014
news_image
235
DİGƏR NÖVLƏR

“Synergy Baku” mövsümə Yeni Zelandiyada start verir

Azərbaycanın ilk peşəkar Kontinental velosiped komandası “Synergy Baku Cycling Project” 2014-cü ilə Yeni Zelandiyada keçiriləcək 2.2 kateqoriyalı “Cycle Classic” veloyürüşü ilə start verir. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, sabah start götürəcək 5 mərhələli yarışda 5 idmançımız mübarizə aparacaq. Bunlar almaniyalı Daniel Kleme, Kristof və Maykl Şvayzer qardaşları, avstraliyalı Patrik Leyn və həmvətənimiz Elçin Əsədovdur.

 

Qeyd edək ki, yarışda 20 komandanın tərkibində 100 velosipedçi mübarizə aparacaq.