15:13 30-01-2014
news_image
1237
DİGƏR NÖVLƏR

Yeni Zelandiyadan şad xəbər

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun almaniyalı üzvü Daniel Klemme Yeni Zelandiyada keçirilən "Cycle Classic" turunun ikinci mərhələsində 2-ci nəticə göstərib. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, idmançı 143 km-lik mərhələnin qalibi, avstraliyanın “Drapac Professional Cycling” komandasının hollandiyalı üzvü Vippert Viterdən cüzi fərqlə geri qalıb.

Xatırladaq ki, velosipedçimiz ilk mərhələdə 95 iştirakçı arasında 12-ci olmuşdu. 2 mərhələnin yekununa əsasən, Daniel Klemme liderdən cəmi 15 saniyə geri qalır və 12-ci mövqedədir. Sabah keçiriləcək 3-cü mərhələdə işritakçılar 154.5 km məsafə qət edəcəklər.