10:37 31-01-2014
news_image
2881
DÖYÜŞ NÖVLƏRİ

Tamerlan Abdullayev finala vəsiqə qazana bilmədi

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən boks üzrə Azərbaycan çempionatında finalçıların adları müəyyənləşib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, ən çox maraqla gözlənilən döyüşlərdən biri 52 kq çəki dərəcəsində olub. Avropa çempionatlarının mükafatçısı Elvin Məmişzadə peşəkar rinqdə də bir neçə döyüş keçirmiş Rauf Ağayevi məğlub edib.

 

Uzun fasilədən sonra yenidən boksa qayıdan Rəhim Nəcəfov (56 kq) da finala vəsiqə qazanıb. Milli komandamızın sabiq kapitanı Araz Gülməmmədovu mübarizədən kənarlaşdırıb. Nəcəfov finalda yığmamızın üzvü Tural Əhmədovla qarşılaşacaq.

 

Seçmə komandamızın üzvü Tamerlan Abdullayevin (69 kq) yarımfinalda uduzması gözlənilməz olub. Abdullayev Astara boksçusu Ramal Aslanovla görüşdən məğlub ayrılıb.

 

“Baku Fires” klubunun üzvü Xaybula Musalov (75 kq) yarımfinal döyüşünü də nokautla başa vurub. O, bu dəfə 2011-ci ildə keçirilən dünya çempionatının iştirakçısı Emin Əhmədovu 1-ci raundda təslim olmağa məcbur edib.

 

81 kq çəki dərəcəsində də maraqlı final görüşü olacaq. Yığma komandamızın hazırkı “birinci nömrəsi” Rauf Rəhimov London Olimpiadasının iştirakçısı Vətən Hüseynli ilə qarşılaşacaq. Son ölkə çempionatında Rəhimov Hüseynlini məğlub etmişdi.

 

91 kq çəki dərəcəsində də həlledici döyüş maraqla gözlənilir. “Baku Fires” klubunun üzvü Abdulqadir Abdullayev gənclər arasında Avropa birinciliyinin mükafatçısı Rahil Məmmədlinin müqavimətini qırmağa çalışacaq.

 

49 kq: Salman Əlizadə (“Gilan”) – Araz İmaməliyev (“Gilan”)

52 kq: Elvin Məmişzadə (“Gilan”) – İbrahim İbrahimov (“Neftçi”)

56 kq: Tural Əhmədov (“Gilan”) – Rəhim Nəcəfov (FHN)

60 kq: Elvin İsayev (“Gilan) – Nəsrəddin Məmmədov (“Neftçi”)

64 kq: Lorenzo Sotomayor (“Qəbələ”) - Ruslan Qasımov (Neftçi)

69 kq: Pərviz Bağırov (Nefçi) - Ramal Aslanov (Astara)

75 kq: Xaybula Musalov (“Baku Fires”) – Kamran Şahsuvarlı (Qızıl Əlcək)

81 kq: Vətən Hüseynli (Rabitə) - Rauf Rəhimov (Neftçi)

91 kq: Rahil Məmmədli (“Qəbələ”) – Abdulqadir Abdullayev (Baku Fires)

+91 kq: Kamran Mehdiyev (“Rabitə”) - Ağalar Sadıxzadə (“Sərhədçi”)