17:59 31-01-2014
news_image
675
DİGƏR NÖVLƏR

Soçi-2014: Azərbaycanın bayraqdarı müəyyənləşdi

Fevralın 7-də Rusiyanın Soçi şəhərində startı veriləcək XXII Qış Olimpiya Oyunlarında ölkəmizin bayrağını aparacaq sima bəlli olub. Milli Olimpiya Komitəsindən apasport.az saytına verilən xəbərə görə, Azərbaycanın bayraqdarı Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezidenti Fuad Quliyev olacaq.


Olimpiada Azərbaycanın rəsmi nümayəndə heyətinə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Qış İdman Növləri Federasiyanın prezidenti İskəndər Xəlilov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digərləri daxildir. Nümayəndə heyətinin rəhbəri isə MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayevadır.


Olimpiadada Azərbaycan dağ xizəyi və fiqurlu konkisürmə idman növləri üzrə 5 idmançı ilə təmsil olunacaq.