01:19 01-02-2014
news_image
820
DİGƏR NÖVLƏR

Azərbaycanın ən güclü boksçuları müəyyənləşdi

“Sərhədçi”  İdman Olimpiya Mərkəzində boks üzrə böyüklər arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub. Boks Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, final döyüşlərindən yalnız biri baş tutmayıb.

 

81 kq çəki dərəcəsində Vətən Hüseynli zədələndiyindən Rauf Rəhimovla döyüşə çıxmayıb. Digər çəki dərəcələrində elə bir gözlənilməz nəticə qeydə alınmayıb.

 

Kuba əsilli Lorenzo Sotomayor ilk dəfə Azərbaycan çempionatında 1-ci yerə layiq görülüb. “Baku Fires” klubunun üzvü Xaybula Musalov da ilk dəfə çıxış etdiyi ölkə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Ümumkomanda hesabında “Gilan” 1-ci, “Neftçi” İSM 2-ci, “Baku Fires” isə 3-cü yeri tutub. 

 

49 kq: Salman Əlizadə (“Gilan” ) 3:0 Araz İmaməliyev (“Gilan)

52 kq: Elvin Məmişzadə (“Gilan”) 3:0 İbrahim İbrahimov (“Neftçi”)

56 kq: Tural Əhmədov (“Gilan) 3:0 Rəhim Nəcəfov (FHN)

60 kq: Elvin İsayev (“Gilan) 3:0 Nəsrəddin Məmmədov (Neftçi)

64 kq: Lorenzo Sotomayor (“Qəbələ”) 3:0 Ruslan Qasımov (“Neftçi”)

69 kq: Pərviz Bağırov (“Neftçi”) 3:0 Ramal Aslanov (Astara)

75 kq: Xaybula Musalov (“Baku Fires”) 3:0 Kamran Şahsuvarlı (Qızıl Əlcək)

81 kq: Vətən Hüseynli (“Rabitə”)-  Rauf Rəhimov (“Neftçi) – Rəhimov qalib elan olunub

91 kq: Abdulqadir Abdullayev (“Baku Fires”) – Rahil Məmmədli (“Qəbələ”) – nokautla Abdullayev qalib gəlib

91+kq:  Kamran Mehdiyev (“Rabitə”) 3:0 Ağalar Sadıxzadə (“Sərhədçi”)