12:45 03-02-2014
news_image

Cüdoçularımız vətənə əliboş dönürlər

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə keçirilən Avropa açıq turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarış Azərbaycan millisi üçün uğursuz alınıb.

 

Belə ki, Rafayel Nağıyev (66 kq) və Mahir Cəfərli (73 kq) ilə təmsil olunan komandamız Sofiyanı medalsız tərk edib. Cüdoçularımızın hər ikisi ilk döyüşündəcə uduzub.

 

Qeyd edək ki, turnirdə mübarizə aparan 30 ölkədən yalnız 6-sı mükafatçılar sırasına düşə bilməyib.