13:34 03-02-2014
news_image
1490
DÖYÜŞ NÖVLƏRİ

Fərid Mansurov içki məclisində yayılan şəkillərindən danışdı

“Həmin şəkil Meksikada deyil, Londonda çəkilib. Güləşçilərimizin olimpiya çempionu olduğu gündür. Burada qeyri-adi nəsə yoxdur”. Bu sözləri  apasport.az saytına açıqlamasında güləş üzrə olimpiya çempionu Fərid Mansurov deyib.

 

Hazırda Azərbaycan Güləş Federasiyasında vitse-prezident postunu tutan Mansurov sosial şəbəkələrdə spirtli içki məclisində yayılan şəkillərinə münasibət bildirib: “Məlumatı yayarkən aydınlaşdırmaq, dəqiqləşdirmək lazımdır. Ağızlarına nə gəlir yazırlar, təki məqalə olsun. Orada yalnız pivə içilib. Amma məqalədə qeyd olunur ki, tekila içilib, ardınca pivə gəlib. Həmçinin, Meksika söhbətini haradan yazıblarsa bilmirəm. Şəkildə akkreditasiya aydın görünür və rəsmi adamlar var. Heç olmasa, akkreditasiyaya diqqət yetirəydilər…”.