12:19 04-02-2014
news_image

Azərbaycan yığması Misirə gedəcək heyəti dəqiqləşdirdi

Taekvondo üzrə Azərbaycanın kişi və qadınlardan ibarət milli komandası Misirin açıq çempionatında iştirak edəcək. Bu barədə apasport.az saytına məlumatı kişilərdən ibarət yığmamızın baş məşqçisi Ələkbər İmaməliyev verib.

 

Onun sözlərinə görə, yarışla bağlı son təlim-məşq toplanışını Teakvondo Federasiyasının idman zalında keçirlər. İmaməliyev bildirib ki, ilk ciddi sınağında uğurlu çıxış edəcəklərinə inanırlar.

 

Artıq Misirə yollanacaq heyət də dəqiqləşib. Belə ki, İmaməliyev fevralın 14-16-da baş tutacaq açıq çempionatda Mikayıl Əliyev, Samir Aydinov (hər ikisi 54 kq), Samir Cavadlı, Maqomedyasin İbrahimov (hər ikisi 58 kq), Ayxan Tağızadə (63 kq), Fariz Əliyev, Namaz Heydərov, Elvin Məmmədov (hər üçü 68 kq), İlkin Şahbazov, Daşqın Hacıyev (hər ikisi 74 kq), Ramin Əzizov (80 kq), Radik İsayev, Bayraməli Vəliyev (hər ikisi 87 kq) və Ceyhun Həsənliyə (+87 kq) şans verəcək.

 

Kişilərdən fərqli, hələ qadınlardan ibarət millimizin heyətinə aydınlıq gəlməyib.

 

Qeyd edək ki, komandalarımız Misirdən döndükdən sonra İranda keçiriləcək beynəlxalq turnirə qatılacaqlar (25-26 fevral). Burada isə Olimpiya çəki dərəcələri olduğundan fərqli heyət sınanılacaq.