11:07 05-02-2014
news_image

Azərbaycan “Böyük Dəbilqə”yə 4 idmançı ilə gedir

Fransanın paytaxtı Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, 81 ölkənin mübarizə aparacağı yarışa ölkəmiz 4 idmançı  ilə qatılacaq.

 

Belə ki, millimizin baş məşqçisi Peter Zayzenbaher fevralın 8-9-da olacaq turnirdə İlqar Müşkiyev (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Alimli (81 kq) və Elmar Qasımova (100 kq) şans verəcək.

 

Qeyd edək ki, yarışda ümumilikdə 590 (374 kişi, 216 qadın) idmançı gücünü yoxlayacaq.