18:05 05-02-2014
news_image
548
DİGƏR NÖVLƏR

İdmançımızın olimpiadadan kənarda qalma səbəbi açıqlandı

Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva da Sedrik Notsun 2014-cü il Soçi Qış Olimpiadasından kənarlaşdırılmasına tam aydınlıq gətirib. Nurullayeva Lent.az-a bildirib ki, Beynəlxalq Xizəksürmə Federasiyası (FİS) slalom yarışlarında iştirak üçün hər bir ölkəyə kvota ayırır.

Azərbaycana isə bu növdə 1 kişi, 1 qadınla təmsil olunmaq icazəsi verilib. Qadınların mübarizəsinə Qaya Bassani Antivari qatılacaq. Kişilərin yarışında isə Patrik Braxnerə üstünlük verilib. Nurullayevanın sözlərinə görə, səbəb Braxnerin son beynəlxalq yarışlarda Notsdan daha yaxşı çıxış etməsi olub.

Nümayəndə heyətinin rəhbəri həm qadın, həm də kişi xizəkçimizin 2 növdə - slalom və nəhəng slalom üzrə mübarizə aparacağını əlavə edib.