17:31 06-02-2014
news_image
916
DİGƏR NÖVLƏR

5-ci cəhddə 5 start - STATİSTİKA

Bu gün Soçidə start götürən XXII Qış Olimpiya Oyunları Azərbaycan millisinin 5-ci cəhdi olacaq. Apasport.az saytının məlumatına görə, ilk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində Ağ Olimpiadaya qatılan yığmamız bundan sonra yarışın ənənəvi iştirakçısına çevrilib.

 

Ardıcıl 5-ci dəfə yarışa qatılan komandamızın ən yaxşı nəticəsi də məhz 16 il öncəyə təsadüf edib. Həmin vaxt Yuliya Vorobyova və İqor Paşkeviç fiqurlu konkisürmədə 16-cı yeri tutublar.

 

Buna kimi qatıldığımız yarışlarda ən pis nəticə isə Elbrus İsakovun adındadır. Naqanoda xəstəlik səbəbindən yarışa qatılmayan idmançı 4 il sonra çıxışını başa vura bilməyib.

 

Soçidə 4 idmançımız starta çıxacaq ki, bununla da Qış Olimpiya Oyunlarına qatıldığımız atletlərin sayı 13-ə çatacaq. Onlardan Elbrus İsakov, Kristina Frezer və İqor Lukanin kimi

Qaya Bassani Antivari də ardıcıl ikinci dəfə Olimpiadada mübarizə aparacaq.

 

Maraqlıdır ki, idmançılarımız yalnız 2 növdə – fiqurlu konkisürmə və dağ xizək idmanında möhtəşəm oyunlarda ölkəmizi təmsil edib. Bu dəfə də istisna olmayıb. Rusiyaya yollanan heyətdə yer alan 4 idmançı məhz bu növlərdə qüvvəsini sınayacaq. 2 fiqurlu konkisürənimiz 1, 2 xizəkçimizin hərəsi isə 2 yarışda gücünü ortaya qoyacaq. Bir sözlə, ölkəmizin 5-ci cəhdi indiyədək 12 dəfə start xəttinə çıxan təmsilçilərimizin 5 dəst medal uğrunda mübarizəsi ilə yadda qalacaq.

 

Qeyd edək ki, Ağ Olimpiadada indiyədək yalnız milliləşdirilmiş legionerlərə güvənmişik.

 

Azərbaycan millisi Qış Olimpiya Oyunlarında

 

Naqano-1998

 

Fiqurlu konkisürmə

Yuliya Vorobyova – 16-cı yer

İqor Paşkeviç – 16-cı yer

İnqa Rodionova - Aleksandr Aniçenko – 18-ci yer

 

Dağ xizək idmanı

Elbrus İsakov - xəstələndiyi üçün yarışa qatılmayıb.

 

Solt-Leyk-Siti-2002

 

Fiqurlu konkisürmə

Sergey Rılov – 24

Kristina Frezer və İqor Lukanin – 17

 

Dağ xizək idmanı

Elbrus İsakov – çıxışını başa vura bilməyib

 

Turin-2006

 

Fiqurlu konkisürmə

Kristina Frezer və İqor Lukanin – 19

 

Vankuver-2010

 

Dağ xizək idmanı

Sedrik Nots (nəhəng slalom) – 72

Slalom – çıxışını başa vura bilməyib

 

Qaya Bassani Antivari (nəhəng slalom) - 57

Slalom – çıxışını başa vura bilməyib

 

Soçi-2014

 

Dağ xizək idmanı

Qaya Bassani Antivari (nəhəng slalom və slalom)

Patrik Braxner (nəhəng slalom və slalom)

 

Fiqurlu konkisürmə

Aleksey Sitnikov – Yuliya Zlobina