10:56 07-02-2014
news_image
576
DİGƏR NÖVLƏR

ABŞ-dan Olimpiada iddiası

ABŞ Olimpiya Oyunlarının keçirilməsinə iddia edir. Apasport.az saytının məlumatına görə, amerikalılar 2024-cü ilin yay və ya 2 il sonra keçiriləcək qış oyunlarına ev sahibliyi üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi müraciət etmək niyyətindədir.

 

Bunu ABŞ Olimpiya Komitəsinin baş icraçı-direktoru Skott Blekmen açıqlayıb. O bildirib ki, BOK da yarışın ABŞ-da keçirilməsinə müsbət yanaşır: “Hələ qəti qərar verməmişik. Əlbəttə ki, qış oyunlarını keçirmək daha asan olar. Lakin ölkəmizdə yay idman növlərində ənənələr var. Həm də ABŞ-dakı son olimpiada qışda olduğundan, indi yaya üstünlük verməyimiz mümkündür”.

 

Qeyd edək ki, ardıcıl 3-cü dəfə Olimpiada keçirmək iddiasını ortaya qoyan Bakının da namizədliyi verilib. Bakının rəqibləri hələlik Toronto (Kanada), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya) və Dohadır (Qətər).

 

Bu şəhərlərə Vyana (Avstriya), Dubay (BƏƏ) və Nyu-York (ABŞ) da qoşula bilər. Üstəlik, Almaniyanın da iddiaçılar sırasına daxil olacağı gözlənilir.