13:54 08-02-2014
news_image
453
DİGƏR NÖVLƏR

İlk çempion

Soçidə keçirilən XXII qış Olimpiya Oyunlarının ilk medal dəsti sahiblərinə qovuşub. Apasport.az saytının məlumatına görə, 29 idmançının qatıldığı sloupstayl yarışları şimali amerikalıların qələbəsi ilə başa çatıb.

 

ABŞ təmsilçisi Seyc Kotsenburq Olimpiadanın ilk çempionu olub. Bürünc də okeanın o tayına – Kanadaya yollanıb. 2-ci yer isə Norveç təmsilçisinə nəsib olub.

 

8 fevral

Snoubord

Sloupstayl, kişilər

1. Seyc Kotsenburq (ABŞ) – 93,50

2. Staale Sandbex (Norveç) – 91,75

3. Mark Makmorris (Kanada) – 88,75