21:50 08-02-2014
news_image

“Baku Fires” 1/4 finala yüksəldi

Azərbaycanın “Baku Fires” klubu WSB (Ümumdünya Boks Seriyası) Liqasında vaxtından əvvəl pley-off mərhələsinə vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, komandamız bu uğura Quba Olimpiya Kompleksində keçirilmiş VIII turun qarşılaşmasında Polşa “Hussars Poland”ı 5:0 hesabı ilə darmadağın edərək nail olub.

“Baku Fires”in heyətində Murat Rabadanov (52 kq) Marius Koçu, Məhəmmədrəşid Cəbrayılov (60 kq) Mateuş Polskini, Kamil Əhmədov (69 kq) İreneuş Zakrjevskini, Teymur Məmmədov (81 kq) Pyotr Podluçkini xal hesabı ilə yenib. Arslanbek Mahmudov (+91 kq) isə 2-ci raunddaca nokauta salıb. Bununla da komandamız xallarını 14-ə çatdıraraq, B qrupunda 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, qaydalara əsasən, qrupda ilk 4 yerin sahibi ¼ finala vəsiqə qazanır. “Baku Fires” isə sona 2 tur qalmış ən azı 4-cü yeri təmin edib.