10:00 10-02-2014
news_image

“Böyük dəbilqə”də fiasko

Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 81 ölkənin mübarizə apardığı yarış Azərbaycan millisi üçün uğursuz olub.

Həmyerlilərimizdən İlqar Müşkiyev (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Alimli (81 kq) və Elmar Qasımov (100 kq) Parisdə medalsız qalıblar. Onlardan Müşkiyevlə Şıxəlizadə isə 5-ci yeri tutduqlarından yığmamız “Böyük Dəbilqə”ni komanda hesabında 22-ci pillədə başa vurub.