18:31 11-02-2014
news_image
644
DİGƏR NÖVLƏR

Olimpiadada iştirakdan ötrü anasının evini girov qoydu

Filippinli fiqurlu konkisürən Maykl Kristian Martines 2014-cü il Soçi Qış Olimpiadasında iştirak xətrinə anasının evini girov qoyub. Lent.az-ın “Rappler” nəşrinə istinadən məlumatına görə, öz ölkəsinin yeganə təmsilçisi yalnız bu yolla yarışlara hazırlıq üçün pul tapa bilib.

 

İdmançının anası Mariya Tereza Filippin prezidentindən kömək istəsə də, müraciəti cavabsız qalıb.

 

Qeyd edək ki, Maykl Kristian Martines 1992-ci ildən sonra Qış Olimpiya Oyunlarına qatılan ilk filippinli idmançıdır. 17 yaşlı konkisürən ötən mövsüm yalnız Avropanın təmsil olunmadığı “4 qitə” turnirində 16-cı, yeniyetmələr arasında dünya çempionatında isə 5-ci yeri tutub.