15:16 12-02-2014
news_image
1794
DİGƏR NÖVLƏR

Erməni məşqçi: Azərbaycan klubları ilə vahid çempionat yaratmalıyıq

“Səviyyəli komandaların sayının azalması otüstü hokkeyin populyarlığının aşağı düşməsinə səbəb olub. Bu da öz növbəsində Rusiyanın bölgələrində yaxşı komandaların formalaşmasına maneçilik yaradır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Dinamo-Kazan” klubunun baş məşqçisi Araik Marqaryan deyib.

 

Rusiyanın əməkdar məşqçisi adına layiq görülmüş erməni mütəxəssis otüstü hokkeyin potsovet məkanında nüfuzunu itirməsindən narahatdır.

 

Bundan çıxış yolunun nədən ibarət olduğunu da ehtimal edən Marqaryan Azərbaycan klublarına da ehtiyaclarının olduğunu bildirib: “Yeni komandaların hesabına güclülər dəstəsində iştirakçıların sayı artırılıb. Lakin bu sayın süni artırılması səviyyəsinin yüksəlməyinə heç bir fayda verməyib. Çıxış yolu isə yalnız birdir. Bizimlə eyni problemləri yaşayan keçmiş SSRİ komandalarını özündə birləşdirən Qitə Liqası yaradılmalıdır. Belarusda yaxşı klub var. Ukraynadan bir neçə komandanı yarışa cəlb edə bilərik. Azərbaycanda və Qazaxıstanda da layiqli klublar var. Həm də Polşa və Çexiya ilə də danışıqlar aparıb, 10 və hətta daha çox komandanın iştirakı ilə kifayət qədər maraqlı bir çempionat təşkil edə bilərik. Düşünürəm ki, maliyyə xərcləri də o qədər çox artmayacaq. Bir neçə komanda bir şəhərə yığışıb, orada oynaya bilərlər”.

 

Qeyd edək ki, kişilərdən ibarət “Dinamo-Kazan” Rusiya çempionatında rəqib tanımır. Onlar son 11 mövsümdə 10 dəfə çempion titulunu qazanıblar.