17:44 12-02-2014
news_image
1163
DİGƏR NÖVLƏR

Soçi-2014: Livanlı idmançının açıq fotoları qalmaqal yaratdı

2014-cü il Soçi Qış Olimpiya Oyunlarına qatılan livanlı dağ xizəkçisi Ceki Şamun qalmaqalla diqqət mərkəzinə düşüb. Lent.az-ın məlumatına görə, sosial şəbəkələrdə Şamunun fotoqraflar üçün əndamını poz verdiyi video yayılıb.

 

Çəkiliş 2011-ci ildə Avstriyanın idman təqvimlərindən biri üçün aparılıb. Vətənində Şamunun açıq fotosessiyası çox pis qarşılanıb. İş ondadır ki, Livan əhalisinin 60 faizi müsəlmanlardır. Bu səbəbdən, orada belə davranış yolverilməz sayılır. Ölkənin idman naziri Feysal Kərəmi videonun Livanın imicinə zərər vurmaması üçün daxili araşdırma aparılmasını istəyib.

 

Dağ xizəkçisinin özü isə bildirib ki, video-görüntülər ictimai müzakirəyə çıxarılmamalı idi. Bununla yanaşı, Şamun narazı insanlardan üzr istəyib: “Yekunda dərc olunan fotolar videodakılara oxşamır. Bunlar yalnız fotosessiyaya hazırlıqdır və yayılmalı deyildi. İstənilən halda üzr istəyirəm. Çünki Livan mühafizəkar ölkədir və mənim görüntülərim bizim mədəniyyəti əks etdirən obraz deyil. Məni tənqid etsəniz, sizi gözəl anlayacağam”.