10:19 14-02-2014
news_image
2234
DÖYÜŞ NÖVLƏRİ

Peter Zayzenbaher ippona düşdü

Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Peter Zayzenbaher ölkəmizdəki fəaliyyətini başa vurub. Apasport.az saytının məlumatına görə, yığmamızın London Olimpiadasında uğursuz çıxışından sonra Ağayar Axundzadəni əvəzləyən 54 yaşlı avstriyalı mütəxəssislə yolların ayrılmasında maliyyə şərtləri rol oynayıb.

 

Belə ki, Zayzenbaher dünya çempionatında tarix yazdıqdan sonra (Elxan Məmmədov qızıl, Orxan Səfərov bürünc medal) müqavilənin daha 1 il uzadılması gündəmə gəlib. Lakin məşqçinin tələb etdiyi şərtlər federasiyanı qane etməyib. Bu səbəbdən də tərəflər razılığa gələ bilməyərək, vidalaşmağa qərar veriblər.

 

Qeyd edək ki, Azərbaycana dünya çempionatında ilk qızıl medalı qazandıran mütəxəssis artıq vətəninə yollanıb. Onu yerli məşqçinin əvəzləyəcəyi gözlənilir.