10:37 14-02-2014
news_image
1431
DÖYÜŞ NÖVLƏRİ

RƏSMİ: Azərbaycan yığması yerli mütəxəssisə tapşırılacaq

Cüdo üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin adı gələn həftə rəsmiləşəcək. Bu barədə məlumatı apasport.az saytına Azərbaycan Cüdo Federasiyasından veriblər.

 

Maliyyə məsələlərində razılığa gələ bilməyərək, Peter Zayzenbaherlə yolları ayıran qurum artıq əcnəbi mütəxəssis gətirmək fikrindən də daşınıb. Federasiyadan bildirilib ki, komandanın “sükanı” yerli çalışdırıcıya həvalə olunacaq və bunun üçün hazırda Gənclər və İdman Nazirliyi ilə də danışıqlar gedir.

 

Qeyd edək ki, millimizin Hacıağa Hacıəhmədova tapşırılması gündəmdədir. O, uzun müddətdir əsas komandamızda köməkçi-məşqçi işləyib.