17:55 14-02-2014
news_image
1002
DİGƏR NÖVLƏR

Soçi-2014: Siftəmiz “nəhs” çıxdı

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarının fiqurlu konkisürmə duetlərinin qısa rəqs çıxışlarının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Olimpiadanın 11-ci günü Azərbaycan idmançıları - Aleksey Sitnikov – Yuliya Zlobina cütlüyünün də buz üzərinə neçənci çıxacağı bilinib.

 

Belə ki, Soçidə ilk olaraq mübarizəyə qoşulacaq milliləşdirilmiş legionerlərimiz fevralın 16-da Bakı vaxtı ilə saat 19:00-da start götürəcək yarışa “13” nömrə altında çıxacaqlar.

 

Qeyd edək ki, fiqurlu konkisürmə növündə bu idmançılarla təmsil olunuruq. Bu növdə qalib bir gün sonra baş tutacaq sərbəst çıxışdan sonra bilinəcək.