22:41 16-02-2014
news_image
2901
DİGƏR NÖVLƏR

Soçi Olimpiadasında uğurlu start - YENİLƏNİB

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarının fiqurlu konkisürmə duetləri bu gün mübarizəyə başlayıblar. Apasport.az saytının məlumatına görə, idmançılar yarışın ilk günündə qısa rəqslə məharətlərini göstəriblər.

 

Olimpiadanın 11-ci günü Azərbaycan üçün də əlamətdar olub. Belə ki, Soçiyə 4 idmançı ilə yollanan yığmamız mübarizəyə məhz Aleksey Sitnikov – Yuliya Zlobina dueti ilə başlayıb.

 

Təmsilçilərimiz Bakı vaxtı ilə saat 19:00-da start götürən və 24 cütlüyün qatıldığı yarışa 13-cü qoşulublar. Karyeralarında ilk dəfə Olimpiadaya yollanan milliləşən legionerlərimiz çıxışlarını 14-cü yerdə başa vurublar. Yığmamızın rekorduna imza atmaq iddiasında olan duet hakimlərdən 58,15 bal alıb. Bu isə onların növbəti mərhələyə adlaması ilə nəticələnib. Çünki yalnız 4 duet - Yaponiya, Turkiyə, Çin və Ukrayna idmançıları Olimpiadaya vaxtından əvvəl əlvida deyiblər.

 

Mükafatçılar isə sabah baş tutacaq sərbəst çıxışdan sonra bəlli olacaq. 

 

Qeyd edək ki, indiyədək “Ağ Olimpiada”da rekordumuz 16-cı yerdir. Sitnikovla Zlobin isə ilk “onluğ”a namizəd sayılır.