10:04 17-02-2014
news_image
783
DİGƏR NÖVLƏR

Soçi-2014: İdmançılarımız 8-ci oldu

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarının fiqurlu konkisürmə duetlərinin sərbəst çıxışlarının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, qısa rəqsdə 14-cü yeri tutan Azərbaycan idmançıları - Aleksey Sitnikov – Yuliya Zlobina cütlüyü buz üzərinə bu dəfə 8-ci çıxacaqlar.

 

Yarış bir gün öncə olduğu kimi yenə, Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

 

Qeyd edək ki, mükafatçılar qısa rəqs və sərbəst çıxışın yekununa görə müəyyənləşəcək.