22:19 17-02-2014
news_image
3860
DİGƏR NÖVLƏR

Azərbaycan dueti Soçidə rekord vurdu - YENİLƏNİB

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə duetlərinin çıxışına bu gün yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə qısa rəqslə məharətlərini göstərən idmançılar bu dəfə sərbəst proqramda bacarıqlarını nümayiş etdiriblər.

 

Azərbaycanı təmsil edən Aleksey Sitnikov – Yuliya Zlobina dueti də büz üzərinə çıxıb. Qısa rəqsdə inamlı təsir bağışlayaraq, 14-cü olan cütlüyümüz bu dəfə “8” nömrə altında mübarizə aparıb.

 

İlk gündə hakimlərdən 58,15 bal alan cütlüyümüzün ikinci çıxışı daha uğurlu alınıb və onlar 91,78 bala layiq görülüblər (11-ci yer). Yekunda 2 nəticənin cəminə görə 148, 63 bal toplayan Sitnikov – Zlobina dueti Olimpiadanı 12-ci yerdə bitirib. Bu isə yığmamızın Qış Olimpiya Oyunlarında yeni rekordu deməkdir. Çünki indiyədək “Ağ Olimpiada”da ən yaxşı nəticəmiz 16-cı yer idi.

 

Yarışın qalibi adı Çarli Uayt - Meril Devis (ABŞ, 195,52) cütlüyünə qismət olub. Vankuver-2010-un qızıl mükafatçıları Skott Moyr - Tessa Virçu (Kanada, 190, 99) bu dəfə gümüş medalla kifayətləniblər. İlk "üçlüyü" isə rusiyalı Nikita Katsalapov - Yelene İlinıx (183,48) dueti qapayıb.

 

Qeyd edək ki, növbəti 2 gündə daha 2 idmançımız mübarizəyə qoşulacaq.