10:45 17-02-2014
news_image
1034
STOLÜSTÜ OYUNLAR

Məşhur simalar Vüqar Həşimovun xatirə turnirinə gəlir

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin iştirakçılarının tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, aprelin 19-30-da baş tutacaq yarışda dünya şöhrətli 6 şahmatçı mübarizə aparacaq.

 

Belə ki, turnirin təşkilatçısı olan Azərbaycan Şahmat Federasiyası Maqnus Karlsen (Norveç), Fabiano Karuana (İtaliya), Hikaru Nakamura (ABŞ) və Sergey Karyakini (Rusiya) ölkəmizə gəlməyə razı salıb. Burada onlara Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da qoşulacaq.

 

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 100 min avrodur. Qalib 30 min avro qazanacaq.