17:59 17-02-2014
news_image
1071
DİGƏR NÖVLƏR

Soçi-2014: Xizəkçimiz üçün dəyişiklik

Azərbaycan idmançısı Qaya Bassani Antivarinin Soçi Olimpiadasındakı çıxışının vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, qadın dağ xizəkçilərinin sabah keçirilməli olan nəhəng slalom yarışları vaxtından tez start götürəcək.

 

Belə ki, təşkilatçılar 1-ci yürüşü saat 11:00, 2-cini 14:30-da başlamağı planlaşdırsa da, sonradan fikrini dəyişib. İndi milliləşən legionerimiz və rəqibləri vaxtından 1,5 saat tez mübarizəyə start veriləcək. Belə ki, xizəkçilər ilk cəhdə 9:30, 2-ciyə 13:00-da çıxacaq.

 

Qeyd edək ki, vaxt dəyişikliyinin səbəbi açıqlanmır.