12:14 18-02-2014
news_image
954
DİGƏR NÖVLƏR

Soçi-2014: Dağ xizəkçimiz nəhəng slalomdan imtina etdi

2014-cü il Soçi Qış Olimpiya Oyunlarında Azərbaycanı dağ xizəkçiliyi növündə təmsil edən Qaya Bassani Antivari yalnız slalom yarışında təmsil etməyi qərara alıb. Bu barədə Lent.az-a nümayəndə heyətimizin rəhbəri Könül Nurullayeva məlumat verib.

 

Onun sözlərinə görə, 36 yaşlı qadın idmançı nəhəng slalomçuların mübarizəsinə qatılmaqdan imtina edib. İtaliyalı legioner bu qərarını bütün diqqətini yalnız slaloma yönəltmək istəyi ilə izah edib. Qadınların slalom yarışı fevralın 21-də olacaq. Əvəzində kişi dağ xizəkçimiz Patrik Braxner həm nəhəng slalom, həm də slalomda qüvvəsini sınayacaq. 22 yaşlı avstriyalı legioner müvafiq olaraq, fevralın 19-da və 22-də start xəttinə çıxacaq.

 

Qeyd edək ki, Qaya Bassani Antivari 2010-cu il Vankuver Qış Olimpiya Oyunlarında da mübarizə aparıb. O, nəhəng slalomda 57-ci yeri tutub, slalomda isə finişə çata bilməyib.