09:22 19-02-2014
news_image
366
DİGƏR NÖVLƏR

Soçi-2014: Təmsilçimiz üçün püşk

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında nəhəng slalomun püşkü atılıb. Apasport.az saytının məlumatına görə, bu növdə Azərbaycanı təmsil edəcək Patrik Braxnerin start xəttinə neçənci çıxacağı məlum olub.

 

Milliləşdirilmiş legionerimiz ilk yürüşdə mübarizəyə 59-cu qoşulacaq. O, ikinci yürüşdə start xəttinə isə nəticəsinə uyğun olaraq çıxacaq.

 

Qeyd edək ki, 109 xizəkçinin qatılacağı yarış bu gün saat 11:00-da başlayacaq.