12:34 19-02-2014
news_image
827
DİGƏR NÖVLƏR

Olimpiada yığmamızın oyununu kölgədə qoydu

Rusiyanın Soçi şəhərindəki keçirilən Qış Olimpiya Oyunlarının televiziya ilə izlənmə reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, göstəricilər idman yayımları üzrə 2013-cü ilin rekordu olan Azərbaycan – Rusiya matçını arxada qoyub.

 

Belə ki, ötən il şimal qonşularımızda ən böyük televiziya auditoriyası topalaması Bakıdakı qarşılaşmada qeydə alınmışdı. Çünki məhz həmin görüşdəki 1:1 hesablı heç-heçə ilə rusiyalılar Braziliyadakı dünya çempionatına yüksəlmişdi. Həmin görüşü 22 milyon tamaşaçı izləmişdi.

 

Soçi Olimpiadasının göstəriciləri isə bundan təxminən 50 faiz çoxdur. Belə ki, açılış mərasimini 34, fiqurlu konkisürmə yarışlarının yayımını isə 37 milyon nəfər seyr edib. Biatlonda 23, Rusiya və ABŞ hokkeyçilərinin oyununda 26 milyonluq auditoriyanın qeydə alınması da millimizin oyununu arxada qoyub.