04:33 21-02-2014
news_image
605
DİGƏR NÖVLƏR

Ukraynalı idmançılar Soçini tərk ediblər

Qış olimpiya oyunlarında iştirak edən Ukrayna idmançılarının yarısı  Soçini tərk edib. Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, onlar Kiyevdə və ölkənin başqa şəhərlərində baş verən olaylara öz etirazlarını bu sayaq bildirib.

 

Mənbə bildirib ki, Beynəlxalq Olimpiada Komitəsinin təmsilçisi Mark Adams bir gün öncə bildirmişdi ki, 43 nəfərdən ibarət olan Ukrayna komandası vətənə dönməyi qərara alıb.

 

«Den» qəzetinin məlumatına əsasən, Ukrayna Milli Olimpiya komandasının üzvləri Oleq və Boqdan Matsetskilər bildirib ki, ölkə prezidenti Viktor Yanukoviçini əməlindən hiddətlənərək, Soçini tərk ediblər.