18:20 21-02-2014
news_image
1439
DİGƏR NÖVLƏR

Soçi-2014: İdmançımız start xəttinə yenə çıxmadı

Soçi Olimpiadasında dağ xizəyi üzrə qadın idmançıların mübarizəsində Azərbaycanı təmsil edən Qaya Bassani Antivari yarışla vidalaşıb. Apasport.az saytının məlumatına görə, ilk yürüşə 88 idmançı arasında 79-cu başlamalı olan milliləşdirilmiş legionerimiz yenə start xəttinə çıxmayıb.

Belə ki, ikinci dəfə Olimpiadada ölkəmizin şərəfini qoruyan Antivari nəhəng slalomda olduğu kimi slalomda da mübarizə aparmayıb. Gücünü bu yarışa saxlayan idmançının bir gün öncə məşqdə zədələndiyi bildirilir. Nəticədə Qaya Soçidən turist kimi qayıdacaq.

Qeyd edək ki, 4 il əvvəl nəhəng slalomda 57-ci olan Qaya slalomda yarışı başa vurmamışdı.