18:00 22-02-2014
news_image
1343
DİGƏR NÖVLƏR

Soçi-2014: Xizəkçimiz finişə çata bilmədi - YENİLƏNİB

Azərbaycan 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, bu gün sonuncu təmsilçimiz Patrik Braxner dağ xizəkçiliyinin slalom yarışında bacarığını nümayiş etdirib.

117 idmançının qatıldığı mübarizədə 65-ci sıra nömrəsi ilə qüvvəsini sınayan avstraliyalı legioner finişə çata bilməyib.

Qeyd edək ki, Patrik Braxner daha öncə nəhəng slalom yarışında 53-cü yeri tutub. Qadın dağ xizəkçimiz Qaya Bassani Antivari nə slalom, nə də nəhəng slalomda mübarizə aparıb. Fiqurlu konkisürənlərdən ibarət Yuliya Zlobina – Aleksey Sitnikov dueti isə 12-ci yeri tutub.