10:10 24-02-2014
news_image

Bu dəfə 14 medal

Birləşmiş Ərəb Əmirliklərində keçirilən gənc taekvondoçular arasında “Fujairah Open” turniri başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa qurumun vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə qatılan millimiz 14 medal qazanıb.

 

Belə ki, idmançılarımızdan Anar Mehdiyev (45 kq), Məhəmməd Məmmədov (59 kq), Ələsgər Əliyev (68 kq), Səid Quliyev (78 kq), Gülsüm Gültəkin (55 kq) və Ceren Özbek (46 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Onlardan fərqli, finalda uduzan Zəlimxan Rəşidov (63 kq), Elnur Məhərrəmov (73 kq), Rəsul Kanamatov (+78 kq) və Safiye Polat (49 kq) gümüş medala layiq görülüblər. Təmsilçilərimizdən Fizam Mehdiyev (51 kq), Zeyvi Kərimova (59 kq), Gülhanım Yeşildal (63 kq) və Rəvanə Dostəliyeva (55 kq) isə 3-cü yeri tutub.

 

Qeyd edək ki, gənclərdən ibarət millimiz az öncə İsveçdə baş tutan ənənəvi “Trelleborg Open”də 3 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olmuşdular.