12:18 24-02-2014
news_image

Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

Martın 20-də Tayvanda gənc taekvondoçuların dünya çempionatı start götürəcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 6 gün davam edəcək mötəbər yarışda Azərbaycan millisi tam heyətlə çıxış edəcək.

 

Komandamızın baş məşqçisi Məmməd Abdullayev artıq sayca 10-cu dünya çempionatına yollanacaq heyəti müəyyənləşdirib. O, Tayvanda Anar Mehdiyev (45 kq), Tağı Tağızadə (48 kq), Kamil Abdurrazakov (51 kq), Məhəmməd Məmmədov (55 kq), Yusif Hüseynli (59 kq), Əli Axundov (63 kq), Ələsgər Əliyev (68 kq), Səid Quliyev (73 kq), Elnur Məhərrəmov (78 kq), Rəsul Kanamatov (+78 kq), İlayda Kardelen Çiftçi (42 kq), Gözəl Xayrutdinova (44 kq), Ceren Özbek (46 kq), Safiye Polat (49 kq), Səbinə Hacıəliyeva (52 kq), Gülsüm Gültəkin (55 kq), Zeyvi Kərimova (59 kq) və Betul Bakirə (63 kq) şans verəcək.

 

Qeyd edək ki, mundial bu il Nanjinq şəhərində keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Hər ölkə mümkün 10 vəsiqədən ( 5 oğlan və 5 qız) maksimum 6-sını (3 oğlan və 3 qız) qazana və bu sayda çəki dərəcəsində təmsil oluna biləcək. Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində taekvondoçularımızdan Məhəmməd Məmmədov (55 kq), Zəlimxan Rəşidov (63 kq), Səid Quliyev (73 kq), Ceren Özbek (44 kq), Safiye Polat (49 kq) və Gülhanım Yeşildal (55 kq) mübarizə aparacaqlar.