17:10 26-02-2014
news_image
1615
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan yığmasının baş məşqçisi bəlli oldu

Cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinin Hacıağa Hacıəhmədova tapşırılması rəsmiləşib. Bu bərədə apasport.az saytına mütəxəssisin özü məlumat verib.

 

Onun sözlərinə görə, Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin bu gün baş tutan iclasında bütün yaş qrupları üzrə komandaların məşqçilər korpusu məlum olub.  Əsas yığmamızda Hacıəhmədova Əli Dərvişovla Mehman Əzizov kömək edəcəklər.

 

Qadın millimiz İbadulla Şabanova tapşırılıb. Peter Zayzenbaherin vaxtında əsas yığmada işləyən Fərhad Məmmədov yenidən gənclərlə işləyəcək. Amma o, burada baş məşqçi funksiyasını yerinə yetirəcək. Məmmədova əsas komandaya cüdoçu yetişdirmək üçün Elçin İsmayılov köməklik edəcək.

 

Yeniyetmələrdən ibarət komandamızın məşqçilər korpusunda isə dəyişiklik olmayıb. Millidə yenə Rəşad Məmmədov baş məşqçi, Rəşad Həsənov köməkçi məşqçi kimi çalışacaq.

 

Bunlarla yanaşı, yeni komandada millimizin sabiq baş məşqçisi Ağayar Axundzadə də yer alacaq. O, texniki direktor vəzifəsini icra edəcək.

 

Hacıəhmədov bildirib ki, komanda rəhbərliyi altında ilk yarışına gələn aydan çıxacaq. Cüdoçularımız martda 2 Qran-pri turnirində mübarizə aparacaq.

 

Qeyd edək ki, Hacıəhmədov yığmamızda avstriyalı Peter Zayzenbaheri əvəzləyib.