09:37 27-02-2014
news_image

Yığmamız Tehranda 3 medal qazandı

İranın paytaxtı Tehranda keçirilən kişi taekvondoçuların 25-ci Fəcr turniri başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa 4 idmançı ilə yollanan Azərbaycan millisi vətənə 3 mükafatla dönüb.

Belə ki, baş məşqçi Ələkbər İmaməliyevin yetirmələrindən Radik İsayev (+80 kq) qızıl, Fariz Əliyev (68 kq) gümüş, Elvin Məmmədov (68 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, yarış Olimpiya çəki dərəcələri üzrə keçirilib.