14:52 27-02-2014
news_image
576
DİGƏR NÖVLƏR

Azərbaycanda 2 federasiyaya yeni prezident seçilib

Bu gün Milli Olimpiya Komitəsinin konfrans zalında Yelkən İdmanı və Stolüstü Tennis İdman növləri üzrə federasiya rəhbərliyinə seçki keçirilib. Apasport.az saytının xəbərinə görə, toplantıda gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Dövlət Dəniz administrasiyasının rəhbəri Qüdrət Qurbanov və iqtisadi inkişaf naziri Şahin Mustafayev iştirak ediblər.

 

İcraiyyə Komitəsinin səs verməsinə əsasən, Qüdrət Qurbanov Yelkən İdmanı Federasiyasının, Şahin Mustafayev isə Stolüstü Tennis İdman Federasiyasının prezidenti seçiliblər.